"Monako" - "Yuventus" matçında ispan hakimlər

"Monako" - "Yuventus" matçında ispan hakimlər
Futbol
01 May 2017 - 22:54


Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Monako" - "Yuventus" ilk oyununa hakim təyinatları açıqlanıb.

Supersport.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Antonio Mateu Laosun başçılıq etdiyi ispaniyalı hakimlər briqadası idarə edəcək. Ona Pau Kebrian Devis və Xavyer Aquilar Rodriqes köməklik edəcək. Dördüncü hakim funksiyasını Teodo Sobrino Magan yerinə yetirəcək.

Qeyd edək ki, "Monako" - "Yuventus" görüşü mayın 3-ü keçiriləcək.

Digər xəbərlər