Fevralın 20-dən martın 1-dək Rusiyanın Maykop, Krasnodar və Stavropol şəhərlərində həndbol üzrə beynəlxalq turnirlər keçiriləcək.
Azərbaycan Həndbol Federasiyasından Supersport.Az-a verilən xəbərə görə, qadınlardan ibarət milli komandamız həmin yarışlara dəvət alıb.
Yığma komandamızın turnirdə iştirakı IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyır.