Qara Qarayev: "Neftçi" ilə qarşılaşmaq ağırdır"

Qara Qarayev: "Neftçi" ilə qarşılaşmaq ağırdır"
Futbol
26 Yanvar 2017 - 19:28
Supersport.Az-ın məlumatına görə, "Neftçi" ilə oyun ərəfəsində "Qarabağ"ın aparıcı futbolçusu Qara Qarayev açıqlama verib.

"Bizim "Neftçi"yə qarşı bütün oyunlarımız maraqlı keçib. Düşünürəm ki, əvvəlki gərginliyi qaytara biləcəyik. "Neftçi"nin heyətinə qatdığı futbolçular kifayət qədər güclüdür. Bizim üçün çətin oyun olacaq. Fasilədən sonra "Neftçi" ilə qarşılaşmaq ağırdır. Çünki rəqibimizin hədəfləri dəyişib. Buna baxmayaraq, biz də çempionluğa oynayan komandayıq. Yaxşı nəticə qazanacağımıza ümid edirəm" - deyə, o, bildirib.

Digər xəbərlər