Beynəlxalq qurumdan serblərə rədd cavabı

Beynəlxalq qurumdan serblərə rədd cavabı
Futbol
25 Yanvar 2017 - 23:38
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) Serbiyanın müraciətinə mənfi cavab verib. UEFA-ya bağlı 55-ci ölkə olaraq qəbul edilən Kosovanın üzvlükdən kənarlaşdırılması üçün serblərin istəyi rədd edilib.

Kosova, ötən ilin mayında qitə qurumunun konqresində səs çoxluğu ilə üzvlüyə qəbul edilmişdi.

Serbiya Futbol Federasiyası prezidenti Tomislav Karadziç, futbolun siyasətə məğlub olduğunu bildirmişdi.

UEFA-ya üzv olan Kosova, 2018-ci il FIFA Dünya Kuboku seçmə mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

Digər xəbərlər