Həvəskar futbolçu İngiltərə Premyer Liqasında

Həvəskar futbolçu İngiltərə Premyer Liqasında
Futbol
10 Yanvar 2017 - 23:21
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasında mübarizə aparan "Arsenal" həvəskar futbolçunu heyətinə cəlb edib.

London təmsilçisi 40 min funt sterlinq xərcləyib.

"Arsenal" "Hednesford Town"un 20 yaşlı müdafiəçisi Kohen Bramallı transfer edib. Futbolçu yoxlanışda özünü yaxşı tərəfdən göstərib. Müdafiəçi, 23 yaşlılardan ibarət komandada çıxış edəcək.

"Arsenal"ın baş məşqçisi Arsen Venger yeni transfer haqda müsbət fikirlər bildirib:

"Bramall gənc, gələcəyi parlaq olacaq bir sol cinah müdafiəçisidir. Sadəcə təcrübəsi azdır. Ancaq fantastik istedada malikdir. İnanılmaz dərəcədə sürətlidir, sol ayağı əla çalışır və çox istəklidiir. Bunları nəzərə alaraq, həyəcanverici transferi reallaşdırdıq".

Bramall isə daha əvvəl "Kirstal Palas", "Şeffild Uensdey" klublarının məşqlərində iştirak etdiyini və təklif almadığını, "Arsenal"a transfer olmaqla arzusuna çatdığını söyləyib.

 

Digər xəbərlər