"Neftçi"dən revanş aldıq"

"Neftçi"dən revanş aldıq"
Futbol
01 Dekabr 2016 - 13:51
"Kəpəz"in kamerunlu hücumçusu klubun rəsmi saytına açıqlamasında "Neftçi" üzərində qazanılan 2:0 hesablı qələbədən danışıb:

“Matça üç xal üçün çıxmışdıq. Qələbə qazanmaqla “Neftçi”dən Bakıdakı məğlubiyyətin revanşını da almaq istəyirdik. Bunu da bacardıq. Rəqibə qarşı fərqli oyun göstərdik və qol şanslarından maksimum istifadə etdik.

Ümumiyyətlə, çox çətin qarşılaşma oldu. İlk hissədə imkan yaransa da, çərçivəyə düşə bilmədim, bir zərbəm qapıdan yan keçdi. İnanırdım ki, ikinci yarıda fərqlənə bilərəm, düşüncələrimdə yanılmadım. Qol vəziyyətində bir anda qapıçının nəzarətindən çıxan top qarşıma düşdü, mən də fürsəti yaxşı dəyərləndirərək ikinci qolu vurdum”.

Digər xəbərlər