Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının (AHF) təşkilat məsələlərinin müzakirəsi ilə bağlı növbəti konfransı keçirilib.
Supersport.Az-ın məlumatına görə, konfransda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.
Ç.Hüseynzadə bildirib ki, keçmiş SSRİ-də çox böyük uğurları olan həndbol bu uğurlardan kənar qalıb. Bu səbəbdən, MOK rəhbərliyi ilə Gənclər və İdman Nazirliyi federasiyada dəyişiklik edilməsinə qərar verib. Daha sonra o, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovu təqdim edib.
S.Məmmədov səsvermə yolu ilə AHF prezidenti seçilib.
Qeyd edək ki, əvvəlki federasiya prezidenti Heydər Babayev öz istəyi ilə bu vəzifədən kənarlaşdırılması üçün ərizə yazıb.