NURİ ŞAHİN: "KİMSƏNİN KÜSMƏYƏ HAQQI YOXDUR"

NURİ ŞAHİN: "KİMSƏNİN KÜSMƏYƏ HAQQI YOXDUR"
Futbol
16 İyun 2016 - 18:43
Supersport.Az-ın məlumatına görə, Avropa çempionatının ikinci oyununda son çempion İspaniya ilə üz-üzə gələcək Türkiyə yığmasının aparıcı futboçusu Nuri Şahin fikirlərini bildirib.

Xorvatiya matçından sonra əhval-ruhiyyənin pozulmasını normal qarşıladıqlarını ifadə edən Nuri, "İspaniya matçına hazırlıqda əhvalımızı düzəltməyə çalışdıq və bunu bacardığımızı düşünürəm. Son iki gündür komandada ab-hava əladır. Xorvatiya ilə matçda bizə yaraşmayan futbol oynadıq. İspaniya inanılmaz dərəcədə güclü komandadır. İşimiz asan deyil. Ancaq öz oyunumuzu diqtə etsək, uğur qazanarıq. Bir daha səhvləri təkrarlamamalıyıq", deyib.

"Borussiya" Dortmund klubunun üzvü məşqçinin qərarına hörmətlə yanaşmağın vacibliyini qeyd edib:

"Bura 23 nəfərlik heyətlə gəldik. Baş məşqçimiz Fatih Terim futbol aşiqidir. Məşqçi kimə forma versə, o, buna layiqdir. İlk oyunda iştirak etmədim. Könül hər oyunda meydanda olmağı istəyir. Bununla belə ilk qarşılaşmada iştirak edən futbolçuları dəstəkləyirəm. Heç kimsənin küsməyə haqqı yoxdur. Bu fikirdə olanın başda kapitan Arda olmaqla, digər təcrübəli futbolçular yolunu kəsərik. 1,5 ildir zədəliyəm. Bura gəlmək mənim üçün böyük fürsət və xoşbəxtlikdir. 27 yaşım olsa da, belə mötəbər yarış görməmişəm".

N.Şahin, İspaniya seçmə komandasının təcrübəli qolkiperi Kasilyasın ilk oyunda ehtiyatda qalmasını sürpriz adlandırıb.

"Kasilyas İspaniya futboluna damğa vurub. Onunla bir mövsüm oynamaq fürsəti oldu. Mənə çox kömək etdi. Kasilyasın oynamaması çox böyük sürpriz. Lakin mövqeyində illərdir "Mançester Yunayted"də çıxış edən De Xea.

İnyesta möhtəşəm və böyük diqqətlə izlədiyim futbolçudur. Mənim üçün dünya ulduzudur. O, istər futbolçu, istərsə də insani keyfiyyətilə seçilir. Yalnız 90 dəqiqədə canavara çevrilir. Ümid edirəm ki, bir gün haqq etdiyi FIFA Ballon d'Or mükafatını qazanacaq. İnyesta buna layiqdir.

"İtaliya yığmasında start heyəti gördükdə zəif təsir bağışlayacağını düşündüm. Ancaq bu komanda Belçikaya qarşı möhtəşəm, inanılmaz sürətlə oynadı. Yaş ortalaması çoxdur. Mənim üçün matçın ən maraqlı məqamı Buffonun son dəqiqədə sevinməsidir. 11-ci turnirdə çıxış edir, ancaq ilk yarış olduğu kimi sevinir. Bu hərəkəti çox xoşuma gəldi".

 

Digər xəbərlər