BERLİNDƏ 2 GÜMÜŞ MEDAL

BERLİNDƏ 2 GÜMÜŞ MEDAL
Digər, Gimnastika
10 Aprel 2016 - 19:09
Bu həftəsonu Berlində (Almaniya) idman gimnastikası üzrə gənclər arasında “Junior-Team-Cup” adlı 21-ci beynəlxalq turnir keçirilib. Supersport.Az xəbər verir ki, turnirdə Azərbaycanı gənc gimnastlar – Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, Səməd Məmmədli və Sergey Onbış təmsil ediblər.

Qeyd edək ki, Murad Ağarzayevdən başqa, bu digər 3 idmançının beynəlxalaq arenada debüt çıxışı idi.

2002-ci il təvəllüdlü gimnastların yaş qrupunda çıxış edən Səməd Məmmədli sərbəst hərəkətlər və dəstəli at üzərində finalda 2 gümüş medal qazanıb. O, həmçinin, turnik üzərində hərəkətlərin finalında 4-cü yerə layiq görülüb. Səməd halqa və dayaqlı tullanma üzrə finalda isə 6-cı yerdə qərarlaşıb.

Ağamurad Qəhrəmanov və Sergey Onbış isə 2001-ci il təvəllüdlü gimnastların yaş qrupunda çıxış ediblər. Sergey dayaqlı tullanma üzrə finala vəsiqə qazanıb və 5-ci yeri tutub. Ağamurad isə parallel qollarda üzərində final çıxışında 5-ci olub.

Ölkəmizi daha böyük yaş qrupunda təmsil edən gimnast Murad Ağarzayev dayaqlı tullanma üzrə finalda çıxış edərək, 5-ci yerdə qərarlaşıb.

Digər xəbərlər