Kərim Benzemanın gedəcəyi yeni klub müəyyənləşdi

Kərim Benzemanın gedəcəyi yeni klub müəyyənləşdi
Futbol
04 İyun 2023 - 16:29

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu hücumçu Kərim Benzema ilə razılıq əldə edib.


Supersport.Az-ın xarici mətbuata istinadla məlumatına görə, 35 yaşlı futbolçu ilə müqavilə iki mövsümlük olacaq.

Daha əvvəl "Əl-İttihad"ın hücumçuya illik 100 milyon avro təklif etdiyi bildirilirdi.

Bu gün “Real Madrid” mövsümün sonunda Benzemanın ayrılacağını açıqlayıb. Fransız hücumçu 2009-cu ildən Madrid klubunda çıxış edir. Ümumilikdə o, “qaymaqlılar” üçün 647 oyun keçirib, 353 qol vurub və 165 məhsuldar ötürmə verib.

Digər xəbərlər