İlkay Gündoğan 13-cü saniyədə qol vurdu, tarixə düşdü

İlkay Gündoğan 13-cü saniyədə qol vurdu, tarixə düşdü
Futbol
03 İyun 2023 - 18:58
Supersport.Az-ın məlumatına görə, İngiltərə Kubokunun finalında “Mançester Yunayted”lə oyunda “Mançester Siti”nin futbolçusu İlkay Gündoğan rekorda imza atıb. O, 13-cü saniyədə qol vuraraq, yarışın tarixinə düşüb.

İngiltərə Kubokunda ən erkən qol 2009-cu ildə “Everton”lu Lui Saa 25-ci saniyədə finalda “Çelsi”nin qapısına vurmuşdu.

 

Digər xəbərlər