"Qəbələ" ikinci dəfə kuboku qazandı

"Qəbələ" ikinci dəfə kuboku qazandı
Futbol
03 İyun 2023 - 22:36
Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi məlum olub.

Supersport.Az xəbər verir ki, həlledici görüşdə "Neftçi" və "Qəbələ" qarşılaşıb. Qəbələ klubu 1 qolla qalib gəlib.

"Neftçi" 6 dəfə kuboku qazanmışdı. "Qəbələ" isə 2-ci dəfə Azərbaycan Kubokunun sahibi olub.

Kubokun əvvəlki qalibi "Qarabağ" idi.

Xatırladaq ki, Premyer Liqada "Nefçi" 3-cü, "Qəbələ" isə 4-cü yer tutaraq Konfrans Liqasına vəsiqəni təmin edib. Buna görə də matç avrokuboklara vəsiqə baxımından əhəmiyyət daşımır.

Azərbaycan Kuboku

Final

20:00. "Neftçi" - "Qəbələ" 0:1

8-ci km stadionu.

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 2. Mert Çelik, 27. Fərid Yusifli, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 72, 97. Felipe Santos, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andery Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Digər xəbərlər