"Barselona"nın keçmiş futbolçusu həbs olundu

"Barselona"nın keçmiş futbolçusu həbs olundu
Futbol
25 May 2023 - 22:55
Supersport.Az xarici mətbuata istinadla xəbər verir ki, "Barselona", "Beşiktaş"la "Sivasspor"un keçmiş futbolçusu Duqlas Santos ölkəsi Braziliyada həbs olunub.

Buna səbəb onun odlu silahdan istifadə etməsidir.

Gecə yarısı 32 yaşlı futbolçu atəş açaraq silahı meşədə gizlədib.

Polislər Duqlası həbs edib.

Qeyd edək ki, 2014-cü ildə 4 milyon avroya "Barselona"ya transfer olunan Duqlas Santos İspaniya nəhəngində gözlənilən performansı göstərə bilmədiyi üçün "Sportinq Xixon"a icarəyə verilib.

Bir müddət "Benfika"da çıxış edən braziliyalı sağ cinah müdafiəçisi 2018-ci ildə "Sivasspor"a keçib. O, 32 oyunda 3 dəfə fərqlənib, 7 dəfə məhsuldar ötürmə verib.

Digər xəbərlər