"Sabah" seriyada irəli keçdi

"Sabah" seriyada irəli keçdi
Digər, Basketbol
24 May 2023 - 21:41
Supersport.Az-ın məlumatına görə, bu gün "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının üçünçü oyunu keçirilib. Xalaxal prinsipi ilə davam edən oyunun yekununda "Sabah" komandası "Gəncə" basketbolçularına 93-90 hesabıyla qalib gəlib. Bu qələbə ilə "Sabah" seriyadakı hesabda (2-1) önə keçib. Final seriyasının dördüncü oyunu 26 may saat 19:30-da baş tutacaq.

Ən məhsuldar basketbolçular bu oyunçulardır: "Sabah BK" (Kalin Kreyn - 19 xal, 5 ribaund), "Gəncə BK" ( Cordan Endryus - 24 xal, 5 ribaund).

Digər xəbərlər