Supersport.Az-ın Kolumbiya mediasına istinadən məlumatına görə, “Olimpiakos”la yollarını ayıran 10 nömrəli Xames Rodrigesin meneceri vasitəsilə “Beşiktaş”la danışdığı, ilkin razılıq əldə olunduğu bildirilir.
Məşhur futbolçu hazırda ölkəsində məşq edir.
Karyerasında “Porto”, “Monako”, “Real Madrid”, “Bayern”, “Everton” və “Əl Rayyan” kimi klublarda da çıxış edən Ceyms Rodriges bu mövsüm “Olimpiakos”da 24 rəsmi oyuna çıxıb, 5 qol vurub, 5 məhsuldar ötürmə verib.