"İdman akademiyası" yenə qalib gəldi

"İdman akademiyası" yenə qalib gəldi
Digər, Həndbol
23 May 2023 - 10:10
Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış oyunlar keçirilib.

Supersport.Az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, IX turun “Dinamo” – “Təhsil” matçı daha gərgin idman mübarizəsi ilə yadda qalıb. Fasiləyə 1 xal fərqi ilə geridə yollanan “Dinamo” çətinliklə də olsa, vəziyyəti dəyişə bilib – 33:32. Çempionatın lideri “İdman akademiyası” növbəti qələbəni “Məhsul”la oyunda rəsmiləşdirib - 26:23. “Bakı” - U-16 görüşündə isə favorit statusunu təsdiqləyən nominal ev sahibi inamlı qələbə qazanıb – 49:21.

“Təhsil” ilə “Dinamo”nun X turdakı dueli də maraqlı idman mübarizəsi şəraitində keçib. Əsas vaxtı 29:29 hesabı ilə bitən görüşün taleyi penaltilər seriyasında müəyyənləşib. Burada isə daha dəqiq oynayan “Təhsil” IX turdakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb – 32:30. “İdman akademiyası” bu turda “Məhsul”a 23:24 hesabı ilə məğlub olduğu halda, “Bakı” U-16 komandası üzərində 37:24 hesablı qələbə qazanıb.

“İdman akademiyası” 57 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki “Dinamo” liderlə xal fərqini 5-ə endirib. “Təhsil”lə “Məhsul”un hərəyə 44 xalı var. “Bakı” 25 xalla beşincidir. Aktivlərində cəmi 6 xal olan RİOEUGİM və “U-16” autsayderdirlər.

Digər xəbərlər