Dünya qurumunun prezidenti Azərbaycana dəstək verdi - Video

Dünya qurumunun prezidenti Azərbaycana dəstək verdi - Video
Futbol, Video
02 May 2023 - 06:00
Supersport.Az-ın məlumatına görə, Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda Bakıda təşkil olunan beynəlxalq yarışın açılış mərasimində düşüncələrini bölüşüb.

"Əvvəlcə hamını salamlayır və "xoş gördük" deyirəm. Azərbaycan millisini minifutbol üzrə Avropa çempionluğu münasibətilə bir daha təbrik edirəm. Ölkəniz dünya çempionatını təşkil etmək iddiasındadır və bu istiqamətdə uğurlar arzulayıram. Bakıya çətin vəziyyətdə gələn bütün komandaları, xüsusilə Ukrayna yığmasını təbrik edir, nailiyyətlər diləyirəm. Azərbaycana yüksək səviyyədə beynəlxalq turnir təşkil etdiyi üçün təşəkkürümü bildirirəm".

 

Digər xəbərlər