5 futbolçu toyuqdan zəhərləndi

5 futbolçu toyuqdan zəhərləndi
Futbol
24 Mart 2023 - 20:49
2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında seçmə mərhələsinin oyununun B qrupunda Fransa yığmasnın qnağı olacaq Niderland millisi şok hadisəylə üzləşib.

Zeist şəhərindəki oteldə şam yeməyindən sonra 5 futbolçu toyuqdan zəhərləndiyi üçün milli komandadan kənarlaşdırılıb. Səhhətlərində ciddi problem yaranan oyunçular Sven Botman, Kodi Gakpo, De Ligt, Veerman və Verbruggendir. Bu futbolçular bu gün Fransa, 27-də Cəbəllütariqlə keçiriləcək oyunları buraxacaq.

 

 

Digər xəbərlər