Millimizin baş məşqçisi Canni De Byazidən açıqlama

Millimizin baş məşqçisi Canni De Byazidən açıqlama
Futbol
23 Mart 2023 - 21:00
AVRO-2024-ün seçmə mərhələsində Avstriya - Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında milli komandanın baş məşqçisi Canni De Byazi fikirlərini bildirib.
"Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var.

Heyətdə zədəli futbolçularımız var. Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emrelinin yoxluğu komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var.

Son matçlarda yaxşı nəticələr qazanmışıq. Uğurlu seriyanı davam etdirmək istəyirik. Qalib də gələ bilərik, məğlub da ola bilərik".

Digər xəbərlər