Türkiyə Superliqasını tərk edəcək klublar açıqlandı

Türkiyə Superliqasını tərk edəcək klublar açıqlandı
Futbol
22 Mart 2023 - 21:11
Mövsümün sonunda Türkiyə Super Liqasını tərk edəcək klubların sayına aydınlıq gəlib.

Supersport.Az xəbər verir ki, 2022/2023 mövsümünün sonunda 2 komanda aşağı liqaya düşəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, əvvəlcədən 4 komandanın çempionatı tərk edəcəyi bildirilmişdi. Zəlzələ baş verən bölgələri təmsil edən "Hatayspor" və "Qaziantep" Super Liqada iştirakını dayandırdığı üçün bu say 2-yə endirilib. Eyni qayda Türkiyə 1-ci Liqasında da tətbiq olunub.

Digər xəbərlər