Mesut Özil futboldan getdi

Mesut Özil futboldan getdi
Futbol
22 Mart 2023 - 18:13
“Şalke”, “Verder”, “Real Madrid”, “Arsenal”, “Fənərbağça” və “Medipol Başakşehir” klublarında çıxış edən Mesut Özil 34 yaşında futbolu tərk etdiyini açıqlayıb.
Supersport.Az xəbər verir ki, dünya şöhrətli türkiyəli futbolçu bu barədə sosial şəbəkə səhifəsində yazıb.
Türkiyə karyerasına 2021-ci ildə "Fənərbağça"da başlayan Özil, sonra “Medipol Başakşehir”ə transfer olunsa da, zədə səbəbindən karyerasını davam etdirə bilməyib.
Almaniya yığmasının heyətində dünya çempionu olan Mesut Özil, ümumilikdə 11 kubok qazanıb.

Digər xəbərlər