Mahir Emrelidən yeni xəbər

Futbol
20 Mart 2023 - 19:17
Azərbaycan millisinin heyətindən çıxarılan "Konyaspor"un futbolçusu Mahir Emrelinin son durumu məlum olub.

Supersport.Az xəbər verir ki, bu barədə klubdan Türkiyə mətbuatına bildirilib. 26 yaşlı hücumçunun qasıq nahiyyəsində ağrılar var. Mahirin bir həftə fizioterapevt nəzarəti altında məşq edəcəyi qeyd olunub.

Xatırladaq ki, Mahir Emreli "Konyaspor"un Türkiyə Superliqasının 26-cı turunda evdə "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəldiyi oyunda zədələnib.

Digər xəbərlər