"Ayaks"ı 18 il sonra məğlub etdilər, zirvədə möhkəmləndilər

"Ayaks"ı 18 il sonra məğlub etdilər, zirvədə möhkəmləndilər
Futbol
19 Mart 2023 - 21:12
Supersport.Az-ın məlumatına görə, Niderland çempionatının liderlərinin oyununda Amsterdam klubu ağır zərbə alıb. "Ayaks" meydanında "Feyenoord"qarşısında aciz qalaraq 2:3 hesabıyla məğlub olub. Rotterdam komandası 18 il sonra qələbə həsrətinə son qoyub.  Orkun Kökçünün kapitanı olduğu "Feyenoord" 36 dəfə çempion olan "Ayaks"la xal fərqini 5-ə çatdırıb. Rotterdam təmsiçisi 61 xalla birinci, Amsterdam klubu 56 xalla ikincidir.

 

Digər xəbərlər