Mahir Emreli millidən kənarlaşdırıldı

Futbol
19 Mart 2023 - 20:29
Türkiyə Superliqasında çıxış edən "Konyaspor" klubunun üzvü Mahir Emreli Azərbaycan milli komandasının təlim-məşq toplanışında və Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.

Supersport.Az-ın AFFA-ya istinadən məlumatına futbolçu zədəli olduğu üçün yığmadan kənar qalacaq. Mahir Emreli Türkiyə Superliqasında "Konyaspor"un "Qalatasaray"ı 2:1 hesablı məğlub etdiyi matçda 79-cu dəqiqədə əvəzlənib.

Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.

Digər xəbərlər