"Qarabağ" – "Qalatasaray" matçının hakimləri açıqlandı

"Qarabağ" – "Qalatasaray" matçının hakimləri açıqlandı
Futbol
19 Mart 2023 - 12:00
Martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la Türkiyənin "Qalatasaray" klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

Supersport.Az-a AFFA-dan verilən məlumata görə, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.

Digər xəbərlər