"Messi, Neymar komandadan kənarlaşdırılmalıdır"

"Messi, Neymar komandadan kənarlaşdırılmalıdır"
Futbol
14 Mart 2023 - 09:55
Çempionlar Liqasında "Bayern"lə mübarizədə aciz qalan PSJ Fransa mətbuatının tənqid hədəfindədir.

Paris klubunun fəaliyyətindən kəskin narazı olan ölkə yığmasının keçmiş oyunçusu Samir Nəsri dünyanın futbol ulduzu Lionel Messinin komandadan göndərilməsinin vacibliyini bildirib.

O, argentinalının kollektiv oyunda geri qalmasından, müdafiəyə kömək etmədiyindən şikayətlənib.

S.Nəsri hesab edir ki, Messiyə verilən pulla 3-4 futbolçu transfer edib komandanı daha yaxşı formalaşdırmaq olar.

Əlcəzair əsilli 35 yaşlı keçmiş futbolçu tez-tez zədələnən Neymarın da göndərilməli olduğunu, Hugo Ekitikenin PSJ-nin səviyyəsiylə uyğunlaşmadığını, icarəyə verilməsini söyləyib.

S.Nəsrinin fikrincə, Marquinhos və Verratti də komandanın uğursuzluqlarında pay sahibidir.

 

Digər xəbərlər