Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin inkişaf etməkdə olan ölkələrin turnirində rəqibləri müəyyənləşib.
Supersport.Az xəbər verir ki, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığmamız D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.
Püşkün nəticəsinə əsasən, iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla 4 qrupa bölünüb.
Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.
Malta, Andorra, Hindistan A, Kipr, Moldova, Avstraliya B, Böyük Britaniya, Kuba, Qvatemala isə C qrupunda yer alıblar.
Qeyd edək ki, yarış aprelin 25-30-da Bolqarıstanın Varna şəhərində keçiriləcək.