"Murov" zirvədə möhkəmləndi

"Murov" zirvədə möhkəmləndi
Digər, Voleybol
25 Fevral 2023 - 20:01
Supersport.Az-ın məlumatına görə, bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turdan təxirə salınan "Xarı bülbül" - "Murov" oyunu keçirilib.

Voleybol Mərkəzində təşkil olunan qarşılaşma Murov komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:18 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası sonrakı setləri də aktivinə yazıb - 25:18, 25:23.

Bu matçdan sonra "Murov" xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik "Xarı bülbül" ikinci, 12 xalla "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

Digər xəbərlər