"Böyük Qayıdış" futbol turnirinin qalibi məlum oldu

"Böyük Qayıdış" futbol turnirinin qalibi məlum oldu
Futbol
25 Dekabr 2022 - 21:00
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olan "Böyük Qaydış" futbol çempionatı layihəsində final oyunu keçirilib.

Çempionatın əvvəlindən 37 komandanın mübarizə apardığı yarışda finala yüksəlmiş "Qayıdış" 6 nömrəli məktəbin komandası ilə UGİŞM futbol komandası qarşılaşıb. Gərgin keçən final oyununda UGİŞM çempionatın qalibi olub. Final mərhələsində layihə rəhbəri Mirdamət Quliyev, məktəbin direktoru Məhərrəm Orucov, layihənin eksperti Ehtiram Sadıqzadə, veteran məşqçilər Rəftar İmanov və Asəf Qasımov çıxış edərək futbolçulara öz ürək sözlərini deyiblər.

Finalda qalib gələn komandalara kubok və sertifikatla yanaşı layihə üçün xüsusi hazırlanmış futbol köynəkləri hədiyyə edilib.



Digər xəbərlər