Azərbaycandan 23 il sonra Avropa çempionluğu

Azərbaycandan 23 il sonra Avropa çempionluğu
Digər
19 İyun 2022 - 22:07
Supersport.Az-ın məlumatına görə, bu gün Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.



Qrup mərhələsini 5 qələbə ilə başa vuran milli komandamızın lideri Anna Başta uğurlu çıxışının davamını pley-offda da gətirib. Pley-offda keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Sabina Martisi 15:8 hesabı ilə məğlub edən Anna, 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər təmsilçimiz Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib. 1/4 finalda ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız yarımfinalda polşalı Suzanna Pieslara 15:6 hesabı qalıb gələrək finala yüksəlib. Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn Anna Başta Avropa çempionatının qızıl medalını qazanıb. Beləliklə, ölkəmiz 1999-cu ildən sonra ilk dəfə böyüklər arasında qılıncoynatma üzrə qitə birinciliyində qızıl medal qazanıb. 23 il əvvəl Yelena Jemayeva Avropa çempionu olmuşdu.

Digər xəbərlər