“Qarabağ”a 1 milyondan çox mükafat verildi

“Qarabağ”a 1 milyondan çox mükafat verildi
Futbol
25 Yanvar 2022 - 11:01

Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Konfrans Liqası turnirinin qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə “Qarabağ” FK-ya UEFA tərəfindən 666,000 avro, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-off mərhələsinə vəsiqə qazandığı üçün 325,000 avro və əlavə bonus olaraq 187,200 avro maliyyə vəsaiti ayrılıb. Ümumilikdə,UEFA tərədindən “Qarabağ” FK-ya ayrılmış 1,178,200 (bir milyon yüz yetmiş səkkiz min 200) avro vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Digər xəbərlər