UEFA-dan "Qarabağ"la oyundakı insidentə görə "Omoniya"ya cəza

UEFA-dan "Qarabağ"la oyundakı insidentə görə "Omoniya"ya cəza
Futbol
29 Noyabr 2021 - 01:07
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan Kipr "Omoniya"sını cərimələyib.

Supersport.Az xəbər verir ki, buna Nikosiya təmsilçisinin azarkeşlərinin evdə Ağdam klubuna qarşı keçirilmiş qrup oyununda meydana yad əşyalar atması səbəb olub.

Nəticədə kluba 3750 avro məbləğində cərimə kəsilib. "Omoniya" qərar verildikdən sonra 90 gün müddətində cəriməni ödəməlidir.

Qeyd edək ki, insident "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşan matçın 52-ci dəqiqəsində baş verib. "Köhlən atlar"ın yarımmüdafiəçisi Kadi Borges hesabı bərabərləşdirdikdən sonra qolu qeyd etmək üçün meydanın kənarına gedib. Bu zaman kiprli tərəfdarlar meydana su şüşələri atıblar.

Digər xəbərlər