Belarus çempionatında dava - Video

Belarus çempionatında dava - Video
Futbol, Video
19 Aprel 2020 - 19:03
Belarus çempionatının 5-ci turunun "Vitebsk" – "Dinamo" Brest oyununda (1:0) qalmaqal baş verib.




Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin mərkəzində qonaq komandanın futbolçusu Yevgeni Xaçeridi olub. 32 yaşlı ukraynalı müdafiəçi əvvəlcə rəqibin futbolçusunun ayağına qəsdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən hakim 85-ci dəqiqədə penalti təyin edib ki, İon Nikolaesku bundan yararlana bilib.
Matçdan sonra isə Xaçeridi paltardəyişmə otağına gedən yolda hakim Sergey Çistova hücum edərək onu vurmağa cəhd edib. "Dinamo"nun massajçısı da hakimləri təhqir edib, onlarla haqq-hesab çəkəcəyini deyib.

Bu insidentə görə futbolçu və massajçını ağır cəza gözləyəcəyi bildirilir.



Digər xəbərlər