ABŞ prezidenti beysbol izləməkdən yorulub: "Virusdan xilas olanda idman arenalarını dolduracağıq"

ABŞ prezidenti beysbol izləməkdən yorulub: "Virusdan xilas olanda idman arenalarını dolduracağıq"
Digər
18 Aprel 2020 - 16:47
Supersport.Az-ın məlumatına görə, koronavirus qarşısında aciz qalan ABŞ-ın prezidenti Donald Tramp idman yarışlarıyla əlaqədar açıqlama verib.

İdman təmsilçilçiləriylə keçrdiyi videokonfransda ölkəsinin rəhbəri, turnirlərin azarkeşsiz oynanılacağını bildirib.

"Virusla bağlı problem aradan qalxdıqdan sonra idman arenalarını doldurmaq istəyirik. Bu zaman hamı idmandan həzz alıb, dəstəkləyə bilər. Yarışları bərpa etməliyik. 14 il beysbol izləməkdən yoruldum. Baxmağa da çox vaxtım yoxdur. Bəlkə bir dəfə izləyib işə qayıdaram. Əksər idman yarışları azarkeşsiz keçiriləcək və televiziyadan izləniləcək. Bəlkə azarkeşlər sonradan daxil olar, iki oturacaq qədər məsafədə oturarlar".

Tramp ötən il arenada beysbol qarşılaşmasından birini izləyərkən fanatların etirazından sonra matçı yarımçıq tərk edib.

Qeyd edək ki, dünyada ən çox - ABŞ-da 710 mindən çox insan koronavirusa yoluxub, 37 mindən artığı vəfat edib.

Digər xəbərlər