"Apoel"dən "Qarabağ"a mane olan qolkiperlə bağlı qərar

"Apoel"dən "Qarabağ"a mane olan qolkiperlə bağlı qərar
Futbol
09 Noyabr 2019 - 11:58
Avroliqanın dördüncü turunda "Qarabağ"la oyunda qurtarışlarla "Apoel"in qələbəsində rol oynayan qolkiper Vid Belets komandada saxlanılacaq.



Supersport.Az-ın Kipr mətbuatına istinadən məlumatına görə, Nikosiya klubunun mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos bu haqda açıqlama verib:

"Qarabağ"la oyunlarda uğurlarımızda Beletsin böyük əməyi oldu. Ümumiyyətlə, o, özünü yaxş tərəfdən göstərir. "Apoel" Beletsi saxlamaq niyyətindədir".

"Apoel" sloveniyalı qolkiperi "Sampdoriya"dan icarəyə götürüb. Beletsin qiyməti 800 min avrodur.

29 yaşlı qolkiper Avropa Liqasının qrup mərhələsinin 4 turunda 360 dəqiqə meydanda olub, 17 qurtarış edib.

Digər xəbərlər