"Neftçi"yə "Vorskla" rəqib oldu

Futbol
24 May 2019 - 10:41
Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.
Azərbaycan klubu iyunun 30-da Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, "ağ-qaralar” yeni mövsümə hazırlığa iyunun 10-da start verəcək. Hazırlığın ilk mərhələsi ayın 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyənin Topuk yaylası bölgəsində olacaq. Komandanın iyunun 20 və 25-də qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ dəqiqləşməyib.

Digər xəbərlər

Dünya çempionatında final uğrunda mübarizə: Azərbaycan - Monteneqro

Video: "Qarabağ"ın prezidenti Tahir Gözəl: "Qəzzədə insanların vəziyyəti ürəyimizi ağrıdır, yəhudilər müharibəni dayandırmalıdır"