"Sumqayıt"ın Qəbələ planı

Futbol
261
25 İyul 2025 - 11:15
Supersport.Az xəbər verir ki, "Sumqayıt" FK-nın Qəbələ toplanışı zamanı hazırlıq oyunlarında rəqibləri məlum olub.
Sumqayıt klubu iyulun 27-də və avqustun 7-də "Qəbələ", iyulun 31-də "Kəpəz", avqustun 3-də isə "Şamaxı" ilə qarşılaşacaq. Oyunların başlama saatı müəyyənləşməyib.