"Qarabağ" "Dinamo Zaqreb"dən müdafiəçi alır

"Qarabağ" "Dinamo Zaqreb"dən müdafiəçi alır
Futbol, Foto
328
17 İyul 2025 - 12:43

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın Sami Mmaenin transferini həll etdiyi bildirilir. Ağdam klubu Zaqreb "Dinamo"suna müdafiəçi üçün 400 min avro ödəyəcək. Oyunçunun transferi yaxın günlərdə açıqlana bilər. Mərkəz müdafiəçisi "Dinamo"ya kimi Belçikada "Standard Lyej", "Sint-Truydin" və "Ferenrsvaroş"da (Macarıstan) çıxış edib. 


Belçika U-19, U-21 yığmala komandalarında forma geyən Semi Mmae, sonradan Mərakeşin əsas millisini seçib. 


28 yaşlı stoperin "Dinamo Zaqreb"lə müqaviləsi 2028-ci ildə başa çatacaq.  2023-cü ildə qiyməti 2 milyon 500 min avro olan futbolçunun indiki dəyəri 400 min avrodur. 



Samy Mmaee "Standard"la Belçika Kubokunu, "Ferentsvaroş"la dördqat Macarıstan çempionluğunu, bir dəfə kubokunu qazanıb, Avropa Liqası və Konfrans Liqasında, "Dinamo Zaqreb"lə Çempionlar Liqasının liqa mərhələsində iştirak edib. 


Digər xəbərlər