AFFA "İmişli"yə texniki məğlubiyyət verdi

AFFA "İmişli"yə texniki məğlubiyyət verdi
Futbol
364
18 Sentyabr 2025 - 15:52

Supersport.Az xəbər verir ki, AFFA İntizam Komitəsi sərt qərarlar verib.


13.09.2025-ci il tarixində Azərbaycan Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində İmişli komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə "İmişli" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, 5000 manat cərimə kəsilib.


Oyunda "İmişli" komandasının heyətində 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

 

Matçın 90+4-cü dəqiqəsində "İmişli"də 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, komandası 3000 manat cərimə edilib.

 

Oyunda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimə edilib.

 


Digər xəbərlər