"Məğlubiyyətin səbəbini əsaslandırmaq çətindir" - "Benfika"nın baş məşqçisi

"Məğlubiyyətin səbəbini əsaslandırmaq çətindir" - "Benfika"nın baş məşqçisi
Futbol
334
17 Sentyabr 2025 - 09:07

Supersport.Az xəbər verir ki, Çempionlar Liqasında "Qarabağ"ın Portuqaliyada məğlub etdiyi "Benfika"nın baş məşqçisi Brunu Laje oyunu şərh edib:


"Nəticənin səbəbini əsaslandırmaq çətindir. Bu, bizim istədiyimiz nəticə deyildi. Oyuna yaxşı başlamışdıq, ilk 30 dəqiqə istədiyimiz kimi çıxış etdik. Təəssüf ki, ilk qolu buraxdıqdan sonra nəzarəti əldən verdik. Düşünürəm ki, bu məğlubiyyətdən sonra artıq komanda toparlanmalıdır".


O, portuqaliyalı jurnalistin "Hələ də işinizə davam etmək istəyirsiniz?" - sualına bu cür cavab verib:


"Sözlərimi yanlış anlamayın. Siz burda öz işinizi görürsünüz, mən isə öz işimi. Bu gün sizin suallarınızı cavablandırmaq üçün mətbuat konfransındayam".

Digər xəbərlər