"Kopenhagen" "Qarabağ"dan xal qopara bilsə, qələbəyə bərabər olacaq"

"Kopenhagen" "Qarabağ"dan xal qopara bilsə, qələbəyə bərabər olacaq"
Futbol, Eksklüziv
453
18 Sentyabr 2025 - 16:35

Supersport.Az-ın məlumatına görə, Danimarka futbolunun əfsanəsi, bir vaxtlar "Bayern", "Milan", "Çelsi", "Ayaks" və "Kopenhagen"də çıxış edən Brayan Laudrup "Qarabağ"dan danışıb. 


"Bu gün "Bayer Leverkuzen"lə ev oyunu çox çətin olacaq. Ancaq "Qarabağ"la səfərdə qarşılaşmaq daha çətin sınaqdır. Onlar "Benfika"nı səfərdə hesabda geri olarkən məğlub etdilər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 17 ildir klubdadır və 700-ə yaxın oyunun demək olar ki, hamısını 4-2-3-1 sistemi ilə keçiriblər. Əgər biz səfərdən 1 xalla dönə bilsək, bizim üçün qalibiyyət kimi dəyərli olacaq".


"Qarabağ" - "Kopenhagen" matçı oktyabrın 1-də Bakının Respublika stadionunda keçiriləcək.

Digər xəbərlər