Video - Qurban Qurbanov: "Qarabağ"ın bu qələbənin ardından özünü necə aparacağı vacibdir"
Futbol, Eksklüziv, Video
409
18 Sentyabr 2025 - 14:15
Supersport.Az Çempionlar Liqasının liqa mərhələsinin ilk oyununda "Benfika"nı məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun hava limanında qələbə açıqlamasını videogörüntüyə alıb.
"Çox faydalı qalibiyyət oldu. Belə qələbə Azərbaycanı daha çox sevindirir və komandaya böyük inam verir. Futbolçularım çox əziyyət çəkdilər. Oyundan əvvəl insanlardan "Qarabağ"ın hətta qələbə qazanacağına, xal əldə edəcəyinə inamı vardı. Allaha şükür sonda uğurlu nəticəylə döndük. Əsas odur ki, bu qalibiyyətdən sonra bizim özümüzü necə aparacağımız və qarşıdakı oyunlara hazırlaşacağımız vacibdir. İnşAllah inanıram ki, daha işgüzar olub ciddi hazırlaşıb daha yaxşı nəticə qazanacağıq".