İspaniya işğalçı İsrailə görə dünya çempionatından imtina edə bilər
Futbol
409
18 Sentyabr 2025 - 12:17
Supersport.Az xarici mediaya istinadla xəbər verir ki, İspaniya işğalçı İsrailin futbol üzrə dünya kubokuna qatılması durumunda yarışdan imtina edəcək. İspan hökuməti bu məsələni gündəm planına daxil edib. İspaniyanın baş naziri Pedro Sançesin işğalçı İsrailin dünya çempionatında iştirakını istəmədiyi bildirilir.
Xatırladaq ki, İspaniya Fələstini işğal edərək insanlara qarşı terror törədən İsraildən bu vəhşiliyi dayandırmağı tələb edib.