Azərbaycan - İngiltərə matçında dünyada azarkeş rekordu qeydə alındı

Futbol
399
30 May 2025 - 14:13
#BAKU2025 minifutbol üzrə dünya çempionatının 1/4 final mərhələsində keçirilən Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib.
Supersport.Az-ın məlumatına görə, bu minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.
Qeyd edək ki, bundan əvvəl ən çox azarkeş sayı Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçı olan Slovakiya - Belçika görüşündə olub (6513).