12 qat çempion "Qarabağ"a mükafat veriləcək

Futbol
304
18 May 2025 - 06:07
Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi "Qarabağ" mükafatlandırılacaq.
Suraxanıda yerləşən "Azersun Arena"da XXXV tur çərçivəsində, saat 19:00-da start veriləcək "Qarabağ" - "Kəpəz" oyunundan sonra stadionda təltifetmə mərasimi keçiriləcək.
"Qarabağ"a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.