Azərbaycan yığmasından 4 medal 

Azərbaycan yığmasından 4 medal 
Digər, Sambo
224
25 Aprel 2025 - 21:51

Supersport.Az-ın məlumatına görə, Cənubi Kiprin Limassol şəhərində təşkil olunan sambo üzrə Avropa çempionatının üçüncü günündə də Azərbaycan mükafat qazanıb. 


Qitə turnirində 26 ölkənin idmançıları mübarizə aparır.


Azərbaycan üç gün ərzində 4  - 2 gümüş, 2 bürünc medal qazanıb.


Bu gün yeniyetmələrin yarışında Nicat İsmayılov (58 kq) gümüş medala sahib çıxıb. 

Cavad İsayev 71 kq çəkidə bürünc mükafat əldə edib.


Dünən çempionatın ikinci günündə kişilərin turnirində milli komandanın məşqçisi, mütəxəssis Sehriman Ağayevin yetirməsi Adil Adilzadə 88 kq çəki dərəcəsində gümüş medal qazanıb.


Yarışın ilk günü Elvin Bağırov 64 kq-da bürünc mükafata yiyələnib. 



Xatırladaq ki, milli komanda baş məşqçi Bəxtiyar Hacıyevin rəhbərliyilə mübarizəni davam etdirir.





Digər xəbərlər