Gənclər və İdman Nazirliyi maliyyə saxtakarlığı edib

Gənclər və İdman Nazirliyi maliyyə saxtakarlığı edib
Digər
358
27 Aprel 2025 - 21:25

Azərbaycan Respublikası Hesablama Palatasının 2022-2023-cü illərdə Gənclər və İdman Nazirliyi dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinə dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 3-ü aradan qaldırılmayıb. Palatanın verdiyi təkliflərin icra edilməsi gecikir.


Supersport.Az xəbər verir ki, bu barədə Palatadan bildirilib.


Məlumata görə, həmin təkliflər aşağıdakılardır:

-

- Qərarın aidiyyəti bəndlərində göstərilənlərə əsasən müvafiq illər üzrə əməliyyatların məzmununa və xarakterinə uyğun olaraq kassa və faktiki xərclər, eləcə də uçotdan yayındırılmış aktivlərin baş vermə səbəbinə uyğun olaraq müvafiq hesablar üzrə mühasibat yazılışı verilməklə maliyyə hesabatlarında əks etdirilməsi;


- 2022-ci il üzrə 35 967 manat, 2023-cü il üzrə 30 668 manat qabaqcadan ödənilmiş yanacaq xərcinin hərəkətinə dair mühasibat uçotunda müvafiq müxabirləşmə verilərək hesabat dövrünün sonuna qalığın müəyyən edilməsi və 2023-cü il hesabat dövrü üçün tərtib ediləcək maliyyə hesabatlarında 888 manat qabaqcadan ödənilmiş yanacaq xərcinin qalığının əks etdirilməsi;


- Baş vermiş əməliyyatlara uyğun olaraq uçotda mühasibat yazılışları verilməklə Goranboy, Yardımlı və Tərtər olimpiya idman komplekslərinin Nazirliyin balansından çıxarılması və 2023-cü il üçün tərtib edilən maliyyə hesabatlarında əks etdirilməsi.

.

Digər xəbərlər