"Topçular" məğlub oldu - Video

"Topçular" məğlub oldu - Video
Futbol, Video
401
30 Aprel 2025 - 13:54

UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinə start verilib.


Supersport.Az xəbər verir ki, ilk oyun günündə İngiltərənin "Arsenal" klubu Fransa PSJ-sini qəbul edib.


Londonun "Emireyts" stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Matçda yeganə qolu 4-cü dəqiqədə Usman Dembele vurub.



Mikel Merino 47-ci dəqiqədə bərabərlik qolunu vursa da, sloveniyalı baş hakim Slavko Vinçiç ofsayd səbəbindən, bunu qeydə almayıb.


Cavab oyunu mayın 7-də keçiriləcək.


Digər xəbərlər