Qarabağ qazisi Azərbaycan Cüdo Federasiyasının komitəsini sərt tənqid etdi

Qarabağ qazisi Azərbaycan Cüdo Federasiyasının komitəsini sərt tənqid etdi
Olimpiya, Digər, Cüdo
408
27 Aprel 2025 - 01:33

Supersport.Az-ın məlumatına görə, cüdo hakimi İslam Nəcəfquliyev sosial şəbəkədə paylaşım etmək qərarına gəlib.


Qarabağ qazisi, təcrübəli referi İslam Nəcəfquliyev Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsini sərt tənqid edib.


Səkkiz illik hakimlik karyerasında dəfələrlə Avropa Kuboku, beynəlxalq yarışlarda, Azərbaycan çempionatlarında idarəçilik edən İslam Nəcəfquliyev ədalətsizliklə bağlı fikirlərini vurğulayıb:


"Artıq  Cüdo-Hakimlər Komitəsinin mənə qarşı etdiyi haqsızlıqdan boğaza yığılmışam! Mən hər zaman ədalətli olmağa çalışmışam, gecə-gündüz öz üzərimdə çalışıram. Ancaq kimlərinsə şəxsi prinsiplərinə görə artıq neçənci yarışdır qıraqda qalıram. Səbəbini soruşanda özün bilirsən deyirlər və heç bir səbəb göstərə bilmirlər...


Federasiya rəhbərliyi mənə qarşı diqqət göstərdiyi halda, komitə məni kənarda saxlayır.

 

Haqqım tapdalanır!


Ölkə basçısının göstərişidir bir mənalı olaraq, müharibə veteranlarını incitməyin, onlarin qayğısına qalin ! Ancaq komitə bu sözləri nəsə yanlış  anlayıb.

                                                                             

Mənim atam deputat, qohumlarım vəzifədə olsaydı, bu gün bunlar yaşanacaqdı, görəsən???!"


Qeyd edək ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidentidir. Federasiyanın prezidentinin müşaviri Natiq Bağırovdur.  

Digər xəbərlər