Azərbaycanın olimpiya çempionu gümüş medalla kifayətləndi

Azərbaycanın olimpiya çempionu gümüş medalla kifayətləndi
Olimpiya, Digər, Cüdo
339
26 Aprel 2025 - 21:17

Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.


Supersport.Az xəbər verir ki, bu gün Azərbaycanın daha bir idmançısı medal qazanıb.


Kişilər arasında -100 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu Zelim Kotsoyev gümüş medalla kifayətlənib. İdmançımız finalda gürcüstanlı İlia Sulamanidzeyə məğlub olub.


Qeyd edək ki, ilk üç gündə Əhməd Yusifov (60 kq), Zelim Tçkayev (81), Murad Fətiyev (90) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Digər xəbərlər